Azərbaycan

AZƏRBAYCANDA BƏZİ MƏHDUDİYYƏTLƏR LƏĞV EDİLDİ

Azərbaycan Höküməti yanında yaradılan Xüsusi Qərargahdan verilən məlumata görə, meyin 18-dən Bakı, Sumqayıt, Gəncə və Lənkəran kimi böyük şəhərlərdə bəzi qərəntinə məhdudiyyətləri ləğv edildi.
Məlumata əsasən, bu tarixdən başlayaraq evdən çıxmaq üçün ölkənin Daxili İşlər Vəzirliyinin elektronik sistemindən icazə almaq şərti ləğv edilir, ümumi parklara, bulvara və ictimai yerlərə giriş 10 nəfərdən az insanın toplaşması şərti ilə azaddır, kafe, restoran və xidmət mərkəzləri də səhər saat 08.00-dan axşam 18:00-dək müştərilərə xidmət göstərə biləcək.
Xatırladaq ki, bu məhdudiyyətlər Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri istisna olmaqla, ölkənin başqa bölgələrində daha öncə ləğv edilmişdi.
Məlumata görə, meyin 18-dən ölkə üzrə muze və sərgilər yenidən açılacaq və 65 yaşdan yuxarı insanların evdən çıxmasına qoyulan qadağa da ləğv ediləcək.

Related Articles

Bir cavab yazın

Back to top button