Azərbaycan

Azərbaycanla İran arasinda imzalanan memorandumun Ərdəbil üçün əhəmiyyəti

Azərbaycan Cümhuriyyəti ilə İran arasında Parsabad- Muğan bölgəsində dəmir yolu barəndazının işə salınması barədə sənəd imzalanıb. Bu barədə Ərdəbil ustandarı Əkbər Behnamcu bilgi verib. O, son iki ildə bu hədəfə çatmaq üçün əsaslı və ciddi addımların atıldığını qeyd edib. Bu tərhi həyata keçirmək üçün Azərbaycanın baş vəzirinin müavini Şahin Mustafayevlə iki dəfə görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” İdarəsinin rəisi ilə çoxsaylı görüşlər nəticəsində ilkin anlaşma sənədi imzalanıb. Behnamcu bildirib ki, Ərdəbil ustanı və “Azərbaycan Dəmir Yolları” İdarəsi Parsabad-Muğan dəmir yolu locistik mərkəzinin yaradılması barədə razılığa gəlib. Bu da Ərdəbil üçün dönüş nöqtəsi olacaq və ustanın iqtisadına böyük təsir göstərəcək. Ustandar Ərdəbilin Azərbaycan, Rusiya və Orta Asiyanın dəmir yolu xəttinə qoşulmasının əhəmiyyətinə diqqət çəkib.

Related Articles

Bir cavab yazın

Back to top button