Azərbaycan

Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüş vaxtı məlum oldu

ABŞ dövlət katibi Mayk Pompeo bu gün Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirəcək.

Bu barədə ABŞ Dövlət katibinin cədvəlindən məlum olub.

Cədvələ əsasən, M.Pompeo saat 09:30-da (Bakı vaxtı ilə saat 17:30) C.Bayramovla, saat 10:30-da (Bakı vaxtı ilə 18:30) Z.Mnatsakanyanla görüşəcək.

Görüşlərin nəticələri ilə bağlı mətbuata açıqlamanın olacağı barədə məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button