Bu barədə azərbaycanlı fəalların yaxınları məlumat verib.
Məlumata görə, ailənin müraciətinə baxmayaraq, Təbriz Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsi 200 milyon tümənlik girov qarşılığında Yaşar Piri və Siyavuş Əlizadənin məhkəməyə qədər müvəqqəti azadlığa buraxılmasını qəbul etməkdən imtina edib.
Fəallar avqustun 17-də Təbriz Şəhər Kəşfiyyat İdarəsinin 37-ci otağında çağrıldıqdan sonra həbs olunublar, Təbriz Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsində onlara qarşı ittiham irəli sürüldükdən sonra Təbriz mərkəzi zindanına köçürülüblər.
Qeyd edək ki, fəalların köçürüldüyü 12-ci bölmədə Yaşar Pirinin qardaşı Ruzbeh Piri və Əkbər Əbülzadə də saxlanılır.