Bölgə

Azərbaycan və İran xarici işlər nazirləri arasında görüş keçirilib

Azərbaycan və İranın xarici işlər naziri Ceyhun Bayramovla Hüseyn Əmir Abdullahian arasında görüş olu

Azərbaycan və İranın xarici işlər naziri Ceyhun Bayramovla Hüseyn Əmir Abdullahian arasında görüş olub.

“Aznews tv”  “Anadolu Ajansı”na istinadən xəbər verir ki, xarici işlər nazirləri arasında təkbətək formatda başlayan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Ceyhun Bayramov bu haqda bildirib: “İran və Azərbaycan arasındakı ticarət və iqtisadi əlaqələr əhəmiyyətlidir. 2021-ci ilin ilk 10 ayı ərzində iki ölkə arasındakı ticarətin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23.6% artıb”.

Hüseyn Əmir Abdullahian Bakıda olmağından məmnunluq ifadə edib. O, Azərbaycan Prezidenti ilə çox faydalı görüşün keçirildiyini və hərtərəfli müzakirələrin aparıldığını söyləyib.

İranın xarici işlər naziri deyib: “Bu görüşdə mühüm razılaşmalar əldə olunub və bu razılaşmalar iki ölkə arasında yaxın gələcəkdə məhsuldar olacaq əlaqələrin möhkəmlənməsinə səbəb olub”.

Görüş zamanı, habelə bölgədəki cari vəziyyət, münaqişə sonrası yeni reallıqların və əməkdaşlıq imkanlarının yaranması, o cümlədən “3+3” formatında məsləhətləşmələr mexanizminin gələcək perspektivləri, kommunikasiyaların açılmasının bölgə ölkələrinə faydası və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button