İran

Səhənd hava limanının həll edilməyən problemləri

Səhənd Hava Limanından uçuşların qismən həyata keçirilməsinə başlanılıb. 1374-cü ildə isifadəyə verilən hava limanından Marağa-Tehran üzrə uçuşlar baş tutur. Belə ki, limanın sabit yanacaq doldurma istqahının olmaması ölkənin başqa bölgələrinə uçuşlara maneə olur. Bu kimi problemlərin həlli ilə bağlı əyalət məsulları tərəfindən heç bir addım atılmır.
Şərqi Azərbaycan valisinin müavini və Marağa vilayətinin fərmandarı Seyid Əli Musəvi Hüseyni məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Səhənd Hava Limanının gəlişdirilməsi üçün əlverişli imkanlar var. Ancaq çatışmazlıqların həlli ilə bağlı bəlli miqdarda vəsait ayrılmalıdır. Limanda yanacaq istqahı tikilməli, nərm-əfzar və səxt-əfzar altquruluşları ilə təmin olunmalıdır. Səhənd Hava Limanının rəisi Məhəmməd Hacıpur da problemlərin həlli üçün vəsait çatışmazlığı məsələsinə diqqət çəkib. O, çevrədəki 150 hektar ərazinin limanın mülkiyyətinə verilməli olduğunu bildirib. Beləliklə, limanın ərazisini genişləndirmək mümkün olacaq. Hacıpur 2 ay koronavirusun yayılması səbəbilə fəaliyyət göstərmədiklərini bildirib. Ancaq buna baxmayaraq, bu ilin ilk yarısında limandan 4 min 791 müsafir, 28 min 581 kiloqram müsafir yükü daşınıb. Həmin müddətdə Marağa-Tehran və əks yöndə 114 uçuş baş tutub.

Related Articles

Bir cavab yazın

Back to top button