İran

İran varlığını düşman nəfrətinə bağlamış

İran İslam Cumhuriyyəti qurulandan bəri də öz varlığını istikbara və qısaca Amerika və İsrailə qarşı savaşmaq olaraq tanımlıyıb. Ancaq bu iş bütün ideolojik və devrimci sözlərdən başqa nə işə yarıyır?

Dünyada ölkələrin bir çox özlərinə bir var oluş fəlsəfəsi tanımlayırlar. Bu məsələ ideolojik yapılara sahib ölkələrdə daha da çox gözə batır. Yəni vətəndaş siyasətçiləri daha yaxcı yaşasın diyə yox bir ideolojiyə xidmət eləsin diyə iş başında olmasına inandırılır. Dövlət və siyasətçilər günün sonunda ölkəyi idarə etmək üçün iş başındadılar əslində və bu işi başarabilmirlərsə olmalarının da bir anlamı qalmır ancaq İran kimi ölkələrdə bu iş belə olmur. Yəni hakimiyyət öz görəvini nə inki ölkəyi idarə etmək bəlkə bir qutdallaşdırılmış amaca yetişmək olaraq görür və göstərir. İran İslam Cumhuriyyəti qurulandan bəri də öz varlığını istikbara və qısaca Amerika və İsrailə qarşı savaşmaq olaraq tanımlıyıb. Ancaq bu iş bütün ideolojik və devrimci sözlərdən başqa nə işə yarıyır? Yəni bir ölkə sözdə istikbara qarşı savaşır ki nə olsun? Bu istikbar deyilən şey nədir, kimdir? Və onu kim nəyə görə bəlli edir? Suallarını soruşmaq belə İran kimi ölkədə sizin başınızı dərdə soxabilər. Əsasən bu qonulara din kimi çox qudsal məsələlər kimi baxılır. Yəni çox özəl və sabit bir taktik var və o da bu ki hakimiyyət mübahisə edilməsi və əsasən düşünülməsini istəmədiyi şeyləri qudsallaşdırır və ona qarşı gələnləri sorqusuz sualsız əzər. Necə ki misal üçün İslam qanunları və İmam Zaman haqqında sual eləmək təhlükəli bir işdir biz nə üçün 40 ildən çoxdur Amerikaya qarşı şüar veririk sualı da təhlükəlidir. Bu tip ideolojik çıxmazlarda qalan bir tək millət də dəyir. Elə hakimiyyət də sürəkli öz dedikləriylə zidləşir. Misal üçün İran İslam Cumhuriyyətinin Xarici İşlər Vəzirliyinin qapısında “Nə Şərq, Nə Qərb, Sadəcə İslam Cumhuriyyəti” yazır ancaq hamı bilir ki bu gün İram tamamiylə Şərq blokunda yer alıb Rusiyə və Çinin dəstəyini qazanmaya çalışır. Yəni İran kimi rejimlər özlərini elə bir çətinliyə salırlar ki ondan qurtulmayı sistemin çökməsi kimi görürlər. Uzun illər başarısızlıq millət və dövlətin arasını açmaya səbəb olur. Hakimiyyət bütün sorunları tək bir adres və Amerika olaraq göstərir. Yəni nə zaman nə olsa millətə umud vermək üçün Amerika və İsrail bəhanəsi gətirir və milləti dirənməyə çağırır. Ancaq işin açığı bu ki Amerika düşmanlığı qarın doyurmur. Özəlliklə orda ki görürsən bu sözlərdən danışan məqamların hamısının övladları Amerika və Qərb ölkələrində yaşayırlar. Bu iki üzlülük bir zamanlar bu tərz ideolojik şüarlar arxasında gizlədiləbilərdi bəlkə ancaq bu gün millət sözdə diyilənlər yox bəlkə gözüylə gördüklərinə inanır.
Hakimiyyətdə siyasətçilər arasında güc savaşı dərinləşdikcə millət işin doğru üzünü daha da yaxcı anlayır. Dövlət işində fəsad gözlə görünür olub, millət əzab əziyyətdə yaşadığı zaman hakimiyyət yenə çarəyi ancaq 40 ildən bəri dediyi sözləri təkrarlamaq zorunda qalır. Yəni sistem yaranan sorunları həl etməkdən açız qalır və təkrara düşür.
Ancaq bir tərəfdən də hər diktatorluqda olduğu kimi hökümət özünü güçlü göstərməyə çalışır. İllərdir bütün varlığını düşmanlıq əsasında qurduğu ölkələrin sorunlarını yekə göstərib özünü daha güçlü göstərməyə çalışır. Elə buna görə də İran televizyonunda Amerikadan hər zaman fəlakət xəbərləri yayılır. Ancaq bu da günümüz dünyasında çox mümkün görünmür çünkü insanlar bilgiyi hər yerdən alıb həqiqəti anlayabilirlər. Burada da hökümət öz savaş gücünü gözə soxmaya çalışır. Geçdiyimiz günlərdə Xəlicdə bir İran gəmisinin Amerikalılar tərəfindən qaçırıldığı və Sipah güclərinin qəhrəmanca onu təkrar qurtardığı xəbəri servis edildi. Bu xəbərlər millətdə nə his yaradır? Ölkənin hansı sorunlarından azaldır cəvabına baxan yoxdur çünkü hakimiyyət bu kimi işlərlə ancaq özünü güçlü göstərməyə çalışır. 13 Aban törəni, Qasım Süleymani əzizləmələri kimi işlərlə də yıxılmadıq hələ də ayaqdayıq deməyə çalışır. Ancaq bir aydın məsələ var o da bu ki millət görür və anlayır ki hakimiyyət hətta adamlarını Tehranın ortasında belə qoruyabilmir və bu sözlər daha çox tarixi geçmiş həmasətlərdir və dövləti millətin gözündən daha çox düşürür.

Related Articles

Bir cavab yazın

Back to top button