Bölgə

Bayden və Putin İranın atom proqramı və bölgəsəl təhdidləri ilə bağlı danışacaqlar

Qeyd edək ki, ötən həftənin sonunda Vyanada İranla atom danışıqlarının yeddinci mərhələsi uğursuzluqla başa çatıb və növbəti mərhələnin başlama tarixi hələ məlum deyil.

Amerikanın yüksək rütbəli rəsmilərindən biri deyib ki, dekabrın 7-də Amerika prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin onlayn formada görüşərək Amerikanın önəmli milli əmniyət məsələləri, o cümlədən İranın atom proqramını inkişaf etdirməsi, habelə onun bölgədə sülh və əmniyət üçün təhdidi ilə bağlı Vaşinqtonun narahatlıqlarına dair müzakirə aparacaqlar.

“ANT”  xəbər verir ki, daha öncə Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, Co Bayden və Vladimir Putin Rusiya-Ukrayna gərginliyi, strateji sabitlik, bölgəsəl məsələlər və kiber hücumlarla bağlı danışacaqlar.

O habelə qeyd edib ki, kiberhücumlarla bağlı çağırış, strateji atom və kosmik sabitliyin əsas problemləri, habelə İranın atom proqramını inkişaf etdirməsi, bölgəsəl və beynəlxalq əmniyət, o cümlədən Amerikanın milli əmniyəti üçün təhdidi ilə bağlı Vaşinqtonun narahatlıqları Bayden və Putin görüşünün əsas mövzularındandır.

Qeyd edək ki, ötən həftənin sonunda Vyanada İranla atom danışıqlarının yeddinci mərhələsi uğursuzluqla başa çatıb və növbəti mərhələnin başlama tarixi hələ məlum deyil.

Related Articles

Bir cavab yazın

Back to top button