Bölgə

Bennet: İran səkkizayaqlı ilbiz kimidir / Tehranla anlaşma İsrail üçün öhdəlik yaratmır

"Aznews tv"ın xəbərinə görə, o deyib: "İran özünün proksi qruplaşmaları ilə hər zaman İsraili təhdid edən səkkizayaqlı ilbiz kimidir və biz davamlı olaraq müdafiə mövqeyindən hücum mövqeyinə keçmişik".

İsrailin baş naziri Naftali Bennet yanvarın 10-da ölkə parlamentinin xarici məsələlər və müdafiə komitəsinə bildirib ki, İsrail Vyana danışıqlarında dünya güclərinin İranla əldə etdiyi hər hansı razılaşma ilə məhdudlaşmayacaq.

“Aznews tv”ın xəbərinə görə, o deyib: “İran özünün proksi qruplaşmaları ilə hər zaman İsraili təhdid edən səkkizayaqlı ilbiz kimidir və biz davamlı olaraq müdafiə mövqeyindən hücum mövqeyinə keçmişik”.

“The Jerusalem Post” qəzetinin məlumatına əsasən, o, daha sonra Vynana danışıqlarına münasibət bildirərək söyləyib: “İsrail razılaşmaların tərəfi deyil, onların öhdəliklərinə bağlı da deyil və Tel-Əviv qeyri-məhdud fəaliyyət azadlığını qoruyub saxlayacaq”.

Qeyd edək ki, İsrail hərbi kəşfiyyatının yeni rəisi, general Aharun Həlive daha öncə deyib ki, İsrail üçün İranla nüvə anlaşmasının imzalanması Vyana müzakirələrinin uğursuzluğundan daha yaxşıdır.

Related Articles

Bir cavab yazın

Back to top button