Bölgə

Bennet: “İranla hər cür anlaşma strateji səhv olacaq”

"Aznews tv" xəbər verir ki, bu sözləri İsrailin baş naziri Naftali Bennet Bəhreynin "əl-Əyyam" qəzetinə müsahibəsində deyib.

“Atom anlaşmasının canlandırılması İrana öz nüvə potensialını qorumağa, eləcə də bölgə və dünya ölkələrindən çoxuna zərər vuran terror maşınını gücləndirmək üçün milyardlarla dollar əldə etməsinə imkan verəcək.”

“Aznews tv”xəbər verir ki, bu sözləri İsrailin baş naziri Naftali Bennet Bəhreynin “əl-Əyyam” qəzetinə müsahibəsində deyib.

O əlavə edib ki, İran öz xalqının rifahını yüksəltməyi, həmçinin sülh və əmin-amanlığa nail olmağı düşünən mötədil ölkələri viran etmək üçün məntəqədə terror təşkilatlarını dəstəkləyib həmin ölkələrin canına salır.

Bennet əlavə edib ki, ölkəsi İranın bu istəyinə çatmasına imkan verməyəcək.

“Biz gecə-gündüz İran və onun regiondakı yaraqlı dəstələri ilə mübarizə aparırırq. Nə vaxt bölgədəki dostlarımız regionda sülh, əmniyət və əmin-amanlığı gücləndirmək üçün bizdən kömək istəsələr, onlara yardım edəcəyik”, – deyə İsrailin baş naziri fikrini tamamlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button