Politics

Bennetin amerikalı rəsmi məqamlarla əsas müzakirə mövzusu İran təhdidi ilə mübarizə olub

İranın bölgəsəl fəaliyyətləri və atom proqramında irəliləyişlərindən doğan təhdidlər İsrailin Baş baxanı Naftali Bennetin Amerikanın Xarici İşlər və Müdafiə baxanları ilə görüşündə əsas müzakirə edilən məsələlərdən biri olub.

İranın bölgəsəl fəaliyyətləri və atom proqramında irəliləyişlərindən doğan təhdidlər İsrailin Baş baxanı Naftali Bennetin Amerikanın Xarici İşlər və Müdafiə baxanları ilə görüşündə əsas müzakirə edilən məsələlərdən biri olub. Blinkenlə görüşündən öncə Amerikanı İsrailin ən güclü və ən etibarlı müttəfiqi adlandıran Bennet bəzi vaxtlar fikir ayrılığının olmasına baxmayaraq, iki ölkənin əməkdaşlığının davam edəcəyini vurğulamışdı. Pentaqon isə yaydığı bəyanatda Amerikanın Müdafiə baxanı Lloyd Austinin Bennet ilə görüşdə İranın atom proqramından meydana çıxan təhdidlər, eləcə də bu ölkənin terrorizmi dəstəkləməsi və dənizdə həyata keçirdiyi təcavüz faktları barədə fikir mübadiləsi apardığını bildirib. Austin görüşdə İsrailin bölgədə nizami üstünlüyünün davam etməli olduğunu vurğulayaraq Amerikanın Yaxın Şərqdə sülhün qurulması, habelə İsraillə nizami ilişkilər və uzun müddətli əməkdaşlığa bağlı qaldığını deyib. O, İranın atom alanında xəbərdarlıq düzeyinə çatan addımları və bölgədə yürütdüyü təcavüzkar siyasətə görə İsrail ilə Amerikanın strateji əlaqələrinin gücləndirilməsini istəyib. Amerikanın Müdafiə baxanı sonda ölkəsinin İsrailin hava hücumundan müdafiə sistemi olan dəmir qübbənin daha da təkmilləşdirilməsinin əhəmiyyətindən danışıb və bildirib ki, bunun üçün bu alana 1 milyard dolar yardım verilməsi ilə bağlı hal-hazırda Konqreslə əməkdaşlıq edir. Xatırladaq ki, Austin bu görüşdən öncə bildirmişdi ki, İran bölgədə və uluslararası sularda yürütdüyü təcavüzkar siyasətə görə cavab verməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button