İran

BİLƏSUAR BÖLGƏSİNİN SU PROBLEMİ HƏLL OLUNMUR

Güney Azərbaycanın Biləsuar bölgəsi susuzluğa uğrayıb.

Çayları və illik yağışları bol olan Muğan düzündə su böhranının olmasına inanmaq bir o qədər də asan məsələ deyil.

Biləsuar türk dilində ” Belasu var ” deməkdir. On ildən coxdur böhran içində olan Balharı ilə Ağa Böyüklər çayının arasında yerləşir. Yağan yağışlar və bu bölgənin iqlimindəki dəyişiklik sakinləri üçün ciddi çətinlik yaradıb. Bilesuvar şəhərinin kəndlərində su çatışmazlığı getdikcə böyüyür. şəhərin fərmandarı Həsən Qubadi, Bilesvarda 312 kənddə su problemi olduğunu söyləyib. İllərdir içməli suyun olmaması əhalini bezdirib. Onun sözlərinə görə su təmizləyici qurğular quraşdırılmalı və şəbəkələrin modernləşdirilməsi üçün xüsusi tədbirlər həyata keçirilməlidir.
1388-ci ildə Biləsuar şəhərinin bəzi kəndlərində su probleminin həlli üçün Xorozlu adlı bir tərhinin külüngü çalınsa da, hələ də irəlləyiş yoxdur. 170 kəndə su çəkmək üçün nəzərdə tutulan Xoruzlu tərhinin icrası on ildən sonra eləcə kağız üstə qaldı. Biləsuar şəhərinin Nəzər Əli Bulağı kənd sakini AN.T-yə bəzi açıqlamar verib.
“Xoruzlu layihəsi uğursuz oldu. Hamı su çatışmazlığından Bölgədən köçür. Əvvəllər kənddə 250 ailə var idi. 150-dən çox ailə su olmaması səbəbindən buranı tərk edib.
“İçməli su bütün fəsillərdə su anbarları vasitəsilə verilir. Bəzən günlərlə bu kəndə su gətirilmir. İstifadə üçün su tapmırıq, və çox çətinlik çəkirik” deyə vətəndaş bildirib.
Onun sözlərinə görə korono virus böranı dövründə behdaşi qaydalara əməl etmək üçün təmiz su tapmaq olmur.. Kəndə Doktor da yoxdur. “Umumiyətlə Nəzər Əli Bulağı və Xoruzlu mahalının Kənd yolları o qədər də dağlıq yol deyil , Məntəqəyə su lüləsi çəkməkdə problem ola biləcəyini Məsullar bəhanə edə bilməzlər. Kəndin Şurasından tutmuş Ustandara dək məsələ ilə bağlı danışıqlar aparılıb. Yalan vədələrdən başqa heç bir əməli iş görulməyib. İstəsələr qısa müddətdə Xoruzlu 3 yol ayrıcı və ya Xəlfəli məntəqəsindən müşkülü həll edə bilərlər.. Rəsmilər Su Təchizatı Layihəsini başa çatdırmaq öhdəliyini dəfələrlə təkrarlayıb. Bu iş də yarımçıq qalıb. Hakimiyyət istəsə, kəndin su problemini Xalifalu ərazilərindən təmin edə bilər. ” Bu şəhərdə su qaynaqlarının olmasına görə Biləsuar kəndlərinə su çəkilməsi çox sərmayə qoymağa gərək yoxdur. Bu heç mühit zistə də ziyan vurmur və müxtəlif bölgələr arasında su hüquqları ilə bağlı mübahisələr yaratmır. Şəhər həm də düz bir ərazidə yerləşir və Xəzər dənizinə yaxınlığı və aşağı hündürlüyü səbəbindən sulu və gözəl otlaqlı bir yerdədir. Ərdəbil ustanının şimal qərbində olan Biləsuar şəhəri , şimal-şərqdən və cənub-şərqdən Azərbaycan Cumhurisi ilə ortaq bir mərzi, gömrük və Mərzi bazarı var. Ancaq normal olaraq İranın ən zəngin və çiçəklənən bölgələrindən biri olmalı olan bölgə, hakimiyyətin etinasızlığı və ayrı seçkiliyindən böhranlı əraziyə dönüb.
Qeyd edək ki nəsili kəsilməkdə olan iki kühənli dəvələrin Biləsuar məntəqəsində qorunub saxlanılması da önəmli məsələlərdən dir.

Related Articles

Bir cavab yazın

Back to top button