Azərbaycanİran

“Traxtur” klubu hakimin mövqeinə görə şikayət edib

Birinci hissədə Azərbaycan komandasına qarşı iki penalti cəriməsi verilib.

“Traxtur” klubunun icraçı direktoru avqustun 26-da Azərbaycan komandası ilə Xuzistanın “Fulad” komandası arasında oyunun hakimliyindən toplanmış sənədlərlə birlikdə etiraz məktubu göndərdiyini açıqlayıb.

Əyyub Behtac, mediaya verdiyi açıqlamada oyunda hakimin yanlış qərarlarından topladıqları sənədlərlə birgə etiraz məktubunu İran Futbol Federasiyasına göndərəcəklərini deyib.

İranın birinci futbol liqasının üçüncü həftəsinin oyunları çərçivəsində avqustun 26-da yerli vaxtla axşam saat 21:00-da Əhvazda baş tutan qarşılaşmada “Traxtur” komandası Xuzistanın “Fulad” komandası qarşısında 3:2 hesabı ilə məğlub olub.

Bu oyunda Xuzistan Futbol komandasının iki qolu penaltidən vurulub.

Related Articles

Bir cavab yazın

Back to top button