İqtisadiyyat

İRAN PULU NİYƏ DƏYƏRDƏN DÜŞÜB?

İqtisadi Jurnalist Nəvid Cəmşidinin sözlərinə əsasən, sadiratın azalması, sadir olunan malların pullarının ödənilməməsi, Xarici həzinəri İran pulunun dəyərdən düşməsinin əsas amillərdən sayılır.

“Ən əsas 2 amil var, birisi iqtisadi inkişafın mənfi olması, bank sistemlərində çətinlik yaranma və iştiğalın azalması, naxalis tolid və adam başına gəlirlərin azalmasından ibarətdir. 2-ci amil isə mərkəzi bankın ərz zəxirəsinin azalmasıdır. İran hakimiyyəti həmişə ərz təzriq etməklə bazarı kontrol etməyə çalışıb. Ancaq sadirat pulunun qayıtmaması ilə bu işdə mümkünsüz olur”, – deyə o açıqlama verib.

Son 2 ilin amarına əsasən, İranın sadir etdiyi 72 milyard dollardan yalnız 45 milyard dolları əldə edilib. Qaytarılmayan 27 milyard dollar isə 2 il müddətində İranın əsas mallarının varid etməsinə lazım olan pul qədərdir.
“Dolların 200 min riyala yüksəlmə nədəni
İranın sadiratının əsas hissəsi nəft məhsullarından ibarət olduğu üçündür. Təhrimlər, koronavirus və zəif müdüriyyət səbəbi ilə ən az həddə çatıb”, – deyə əlavə edib.

Başqa tərəfdən hakimiyyət xarici qrupları maliyyələşdirmək üçün saysız pul ayırır. Lübnanın hizbullah başçısı Həsən Nəsrullahın dəfələrlə həzinələrinin İran tərəfindən təmin olması söylənilib. Bununla bağlı məclisin milli əmniyyət komisyonunun məsulu Heşmətulla Fəlahət Pişənin dediyinə görə, İran Suriyyə rejiminə 30 milyard dolar pul ödəyib.

Related Articles

Bir cavab yazın

Back to top button