Dünya

Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Bəhreyn rəsmilərinin görüşü baş tutub

Bəhmən ayının 7-də İmarat, Bəhreyn və İsrail xarici işlər vəzirlərinin videokonfrans formatında görüşü baş tutub. Milli əmniyyət Araşdırmaları Müəssisəsinin Beynəlmiləl Konferansının ilk günündə İranın atom, raket bərnamələri və Orta Şərqdə fəaliyyətləri müzakirə edilib. Vəzirlər İrana qarşı basqıların davam etdirilməsinin vacibliyini bildiriblər. İranın raket bərnaməsi ilə bağlı nigaranlıqlarını dilə gətiriblər. Görüşdə Tehranla hər hansı razılaşmanın “İbrahim Peymanı”nın faktlarına əsaslanmalı olduğu bəyan edilib. Bəhreynin xarici işlər vəziri Əbdül Lətif Bin Raşid Əlzyanın sözlərinə görə, Orta Şərqdə barış və sübatın bərqərar olması üçün İranın raket bərnaməsinə təpki göstərilməlidir. İranın bölgə ölkələrinin daxili işlərinə müdaxiləsinə cavab verilməlidir. İmaratın Xarici İşlər Vizarətində dövlət vəziri Ənvər Qərqaş məsələ ilə bağlı bildirib: “BƏRCAM-ın uğursuzluq səbəblərindən biri bölgə ölkələrinin düşüncələrinin nəzərə alınmamasıdır”. İsrailin xarici işlər vəziri Qabi Əşkenazi də bölgə ölkələrinin birləşməsinin əhəmiyyətini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button