Dünyaİran

Blinken: “İran atom proqramını təhlükəli hala gətirib”

Amerikanın Xarici İşlər vəziri Antoni Blinken İranın atom proqramını təhlükəli hala gətirdiyini bildirib. O, bir daha bu ölkənin yanlış yöndə irəlilədiyini diqqətə çatdırıb. Antoni Blinken “PBS” telekanalına müsahibəsində Amerika Prezidenti Co Baydenin xarici siyasət kursunu şərh edib. Bildirilib ki, Amerika “BƏRCAM” anlaşmasından çıxdığı halda, İran da anlaşmadan uzaqlaşıb. Hazırda Tehran hakimiyyətinin atom silahı yaratmaq çalışmalarını həyata keçirməyə daha yaxın olduğu deyilib.
Amerikanın Xarici İşlər vəziri müavini postuna namizəd və Amerika Senasının üzvü Vendi Şerman da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, bölgədəki jeosiyasi durum 2016-cı illə müqayisədə 2021-ci ildə dəyişib. Belə ki, hazırda İranla atom anlaşmasından daha güclü bir anlaşmaya ehtiyacın olduğu vurğulanıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button