İran

Çaldıranda karantin qaydalarına əməl etməyən 49 iş yeri aşkarlanıb

Çaldıranda koronavirusla ilgili sağlıq qaydalarını riayət etməyən 49 iş yeri plomblanıb. Məsələ ilə bağlı Çaldıran vilayətinin başçısı Həsən Abdullahi bilgi verib. Onun sözlərinə görə, Sənaye və Ticarət Sazimanı, Sağlıq Şəbəkəsi müfəttişləri və polis tərəfindən daha 265 müəssisə sahibinə bildiriş edilib. Abdullahi sağlıq qaydalarına əməl edilməyəcəyi durumunda bayramqabağı iş yerlərinin fəaliyyətinin məhdudlaşdırılacağını bildirib. O, Şutdakı iş yerlərinin yüzdə 75-nin sağlıq protokollarına əməl etdiyini diqqətə çatdırıb. Bundan başqa, Sağlıq Şəbəkəsi və gənc könüllülərin həmkarlığı ilə “Sağlığa Nəzarətçilər” tərhinin icra olunduğu açıqlanıb. Tərh vasitəsilə sağlıq qaydalarına nəzarətin artırılması planlaşdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button