İran

Qərbi Azərbaycan vilayətində 316 nəfər koronavirusa yoluxub

Qərbi Azərbaycanda koronavirusa yoluxan daha 73 nəfər mərizxanaya yerləşdirilib, 4 nəfər isə həyatını itirib. Qərbi Azərbaycan Tibb Elmləri və Sağlıq Xidmətləri Danişqahının rəisi Cavad Ağazadə belə deyib. Onun sözlərinə görə, son 24 saatda 316 nəfər koronavirusa yoluxub. Hazırda kəskin tənəffüs sindromundan əziyyət çəkən mərizlərin sayı 497 nəfərdir. Onlardan 262 nəfərin durumu ağır olaraq qiymətləndirilir. Vilayət mərizxanalarının ICU bölməsində müalicə alan mərizlərdən 28 nəfəri isə məsnoi tənəffüs dəstqahına qoşulub. Məlumata əsasən, virusa yoluxanların ümumi sayı 114 933, ölənlərin sayı 3 653 nəfər təşkil edir.

Related Articles

Bir cavab yazın

Back to top button