Dünya

Netanyahu: “İran rejiminin təhdidlərinin qarşısı alınmalıdır”

İsrailin Baş vəziri Benyamin Netanyahu janviyənin 26-da ölkənin Vəzirlər Kabinəsinin toplantısında çıxış edib. Ölkə rəsmisi İran rejiminin İsrail hakimiyyətini təhdid etdiyini bildirib. Baş vəzirin sözlərinə görə, rejiminin bu tip təhdidlərinin qarşısının alınması mütləqdir. Benyamin Netanyahu çıxışı zamanı Amerika-İsrail münasibətlərinə də aydınlıq gətirib. O, Amerikanın yeni Prezidenti Co Baydenlə ilgilərin genişləndirilməsi ilə bağlı müzakirələrin aparıldığını diqqətə çatdırıb.
“Mən Prezident Baydenlə işləməyi səbirsizliklə gözləyirəm. Amerika ilə İsrail arasındakı bu güclü müttəfiqliyi daha da möhkəmləndirmək lazımdır. Orta Şərq üçün İsraillə Ərəb dünyası arasındakı barışın miqyasını genişləndirmək, İran rejimi ilə mübarizə aparma mütləqdir”, – deyə İsrailin baş vəziri dilə gətirib.
Qeyd edək ki, Tehran hakimiyyəti 1979-cu ildə baş vermiş İslam İnqilabından etibarən İsraili məhv etməklə təhdid edir.

Related Articles

Bir cavab yazın

Back to top button