İran

İran nüvə razılaşması üzrə birbaşa danışıqlardan imtina edib

İran Avropa Birliyinin xarici siyasət idarəsinin rəisi Cozef Borelin Amerikanın iştirakı ilə atom anlaşmasını müzakirə etmək üçün qeyri-rəsmi görüş keçirilməsi önərisini rədd edib. Məsələ ilə bağlı fevriyənin 28-də İran Xarici İşlər Vəzirliyinin sözçüsü Səid Xətibzadə açıqlama verib. “Hələlik Amerikanın mövqeyində və davranışında heç bir dəyişiklik baş verməyib. Bayden dövləti Trampın uğursuz basqı siyasətindən imtina etməyib. Bundan başqa, atom anlaşması və 2231 saylı qətnamə çərçivəsindəki bütün vəzifələrini yerinə yetirmək öhdəliyini də elan etməyib”,-deyə Xətibzadə bildirib. Vəzirlik rəsmisinin sözlərinə görə, atom anlaşması üzrə bütün tərəflərin öhdəliklərini yerinə yetirməsi danışıqlar və sövdələşmə mövzusu deyil. Bütün qarşılıqlı anlaşmalar beş il öncə əldə edilib. Sözçü Amerikanı təhrimlərə son qoymağa və atom anlaşması üzrə öhdəliklərinə geri qayıtmağa çağırıb. Bunun üçün hər hansı danışıqların, habelə ajansın Müdirlər Şurası qərarının gərəkli olmadığını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button