
Bu barədə ölkənin hava limanı polisinin rəhbəri Möhsün Aqili bildirib.
Aqili çərşənbə axşamı jurnalistlərə bildirib ki, cari İran təqvim ilində (21 mart 2023-cü il tarixindən başlayaraq) İranda 28 milyon insan hava yolu ilə səyahət edib.
Onun sözlərinə görə, səyahət təhlükəsizliyini təmin etməklə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması missiyası ölkənin hava limanı polisinə həvalə edilib və bu il qaçaqmalçılığın bütün növlərinin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə olunub.