az

Bu ilin mordad ayında Zənganda meydana gələn yol hadisələrində 19 nəfər həyatını itirib

Zəngan əyalətinin Yol Polisi rəisinin müavini deyib: Polisin amarına görə, bu ilin morddad ayında bu əyalətin ulaşdırıcı yollarında 19 nəfər yol hadisələri nəticəsində həyatını itirib.

Zəngan əyalətinin Yol Polisi rəisinin müavini deyib: Polisin amarına görə, bu ilin morddad ayında bu əyalətin ulaşdırıcı yollarında 19 nəfər yol hadisələri nəticəsində həyatını itirib. Sərhəng Mehdi Minaxani çərşənbə axşamı günü İRNA -ya açıqlamasında artırıb: Zəngan əyalətinin Pezeşki Qanuni İdarəsinin verdiyi rəqəmlərə əsasən, 1399 -cu ilin mordad ayında bu əyalətdə yol təsadüfləri nəticəsində ölənlərin sayı 24 nəfər olub. Onun sözlərinə görə, bu 19 nəfər hadisə yerində dünyasını dəyişib, buna görə bir neçə yaralı da mərizxanaya aparılarkən yolda və ya sağlıq mərkəzində ölə bilər. Hələlik Pezeşki Qanuni onların sayını açıqlamayıb. Sərhəng Minaxani bildirib ki, əyalət üzrə ölümlə sonuclanan ən çox yol hadisəsi bu ilin mordad ayında 9 ölü ilə Zəngan-Qəzvin maşın yolunda baş verib.

Related Articles

Bir cavab yazın

Back to top button