İran

İran millisinin qadın üzvü Ukraynanı dəstəklədiyi üçün milli komandadan uzaqlaşdırıldı

İranın qadınlardan ibarət futzal üzrə millisinin üzvü Məhsa Kamali bir müddət öncə Ukraynanı dəstəklədiyi üçün milli komandaya dəvət almayıb.

“Aznews tv” xəbər verir ki, “Mis” komandasının yarışlarından birində köynəyinə “stop war” (müharibəni dayandırın) yazması ona xeyli problem yaradıb.

Kamalinin sadəcə olaraq, müharibənin dayandırılmasına çağırış etməsinə baxmayaraq, “Mis” klubu bəyanat yayaraq onun bu hərəkətini şəxsi qərar adlandırıb və xanım futzalçını İntizam Komitəsinə çağıraraq məsələyə baxılacağını deyib. Bir çoxları həmin vaxt Məhsanın bu hərəkətini dəstəkləsə də, hazırda görünən odur ki, bu addım ona böyük baş ağrısına çevrilib.

Bundan sonra mətbuatda belə bir şayiə də yayılıb ki, o, Ukraynanı dəstəklədiyi üçün İranın qadınlardan ibarət futzal üzrə millisinin düşərgəsinə dəvət edilməyib. Xanım Kamali “İRNA”ya açıqlamasında məhz Ukraynaya dəstəyinə görə milli komandaya dəvət almaması ilə bağlı heç bir şey deməyib, lakin media onun Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləməsinin bədəlini ödədiyini yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button