Dünya

Amerika Nümayəndələr Palatası İranla bağlı qətnamə hazırlayıb

Amerika Nümayəndələr Məclisi İranla bağlı qətnamə hazırlayıb. Məsələ ilə bağlı məclisin cümhuriyyətçi və demokrat üzvləri ölkə başçısı Co Baydenə məktub göndəriblər. Məktubda iki partinin 113 üzvünün dəstəyilə qətnamənin önərildiyi vurğulanıb. Qətnamənin əsas hədəfi İran xalqının “demokratik, sekular və qeyri-atom İran Cümhuriyyəti” qurmaq iradəsini dəstəkləmək, Tehran rejiminin “insan haqlarını pozması və terrorçuluğu dəstəkləməsini” qınamaqdır. Məktubda elecə də 2019-cu ilin novabr etirazlarında İranın əmniyyət qüvvələri tərəfindən 1500 nəfərin öldürülməsinə də diqqət çəkilib. Ukrayn uçağının Sepahın raket hücumu ilə vurulması, güləşçi Nəvid Əfkarinin edam edilməsi və Parisdə iranlı müxaliflərin toplantısında terror əməliyyatına bağlı məqamlar yer alıb.
Qətnamədə İranda 1999 və 2009-cu illərin juəni, 2017-ci ilin desambrı, və 2019-cu ilin novambrındakı etirazlarla bağlı da məlumatlar verilib. 1979-cu il inqilabından bəri İranda 860 jurnalistin saxlanıldığı və öldürüldüyü vurğulanaraq, ölkədə söz azadlığı ilə ilgili mövcud durum dəyərləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button