Dünya

AMERİKADAN İRANA QARŞI YENİ TƏHRİM TƏHDİDİ

Brayan Huk İrana qarşı yeni təhrimlər barədə xəbər verdi
Amerikanın xarici işlər vəzirinin köməkçisi Brayan Huk İrana qarşı yeni təhrimlər barədə məlumat verərək deyib: “İran tərəfindən atom razılaşmasının pozulması başqa təhrimlərə səbəb olacaq. Biz Bərcamın dayandırdığı təhrimləri qaytarmaq istəyirik”.
“Biz İrana qarşı silah təhrimlərini uzatmaq üçün səylərimizi davam etdirəcəyik” deyən Huk artırıb: “İranla ətom razılaşması 2231 saylı qətnamədən ayrıdır”.
O, İrana qarşı təhrimlərin çox yaxşı nəticələr verdiyini vurğulayaraq bildirib: “İran rejimi təhrimlər sayəsində milyardlarla dolardan məhrum olub”.
İranın terrorçuluğu himayət edən ölkələrin başında durduğunu diqqətə çatdıran Amerika məqamı deyib: “İrana qarşı silah təhrimlərinin ləğvi bu ölkəyə bölgədə sabitliyi pozmaq imkanı verəcək”.
Amerika Xarici İşlər Vəzirliyinin İran məsələləri üzrə xüsusi nümayəndəsi bildirib: “İran beynəlmiləl himayəti olmayan və təklənmiş bir ölkədir. Bizim bəzi ölkələrlə İranla bağlı fikir ayrılıqlarımız taktikidir və mahiyyəti deyil”.

Related Articles

Bir cavab yazın

Back to top button