Azərbaycan

Donatella Rovera erməni vandalizmi ilə bağlı paylaşım edib

“Dağlıq Qarabağın Kəlbəcər bölgəsində evlər boşaldıldı. 27 illik işğal dövründə bütün evlər – 1993-cü ildə didərgin düşən azərbaycanlıların evlərin də elə daşınıb aparıldı ki, nə bir qapı, nə bir pəncərə, nə bir dam örtüyü qalmadı”.
Bu fikirləri “Amnesty İnternational” təşkilatının beynəlxalq böhran üzrə baş məsləhətçisi Donatella Rovera “Twitter” hesabındakı paylaşımında qeyd edib.
O, hesabında Ermənistanın Gəncəyə raket atması nəticəsində yaşanan faciə ilə bağlı da paylaşım edib. Paylaşımda deyilir:
“O, mənim yeganə övladım, gözümün işığı, bütün varlığım idi”, – deyə Nigarın anası mənə dedi. Nigar 15-ci doğum günü ərəfəsində – qohumları və qonşuları, o cümlədən bir neçə uşaqla birlikdə oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə bölgəsinə endirilən ballistik raket zərbəsi nəticəsində öldürüldü”.
Təşkilat rəsmisi növbəti paylaşımında da erməni vandalizminin izlərindən bəhs edib. O, “Anar, Nurçin və 8 qonşusunun oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin endirdiyi növbəti ballistik raket zərbəsi nəticəsində evlərində yatarkən öldürüldüyünü bildirib. Qeyd edək ki, bu xüsusda olan paylaşımlar bir daha ictimaiyyətə erməni vəhşiliyinin izlərini nümayiş etdirir.

Related Articles

Bir cavab yazın

Back to top button