Azərbaycan

​​Bu gün ümummilli lider Heydər Əliyevin 101 illiyidir

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 101 illiyi qeyd edilir.

Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. Əliyev 1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işləməyə başlayıb. O, 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunub. Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. O, 3 sentyabr 1991-ci ildə Naxçıvan Ali Sovetinin sədri, 15 iyun 1993-cü ildə isə Azərbaycan Ali Sovetinin sədri olub. Ümummilli lider 1993 və 1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti seçilib. Heydər Əliyev 12 dekabr 2003-cü ildə ABŞ-nin Klivlend şəhərində vəfat edib, sonra isə Bakıdakı Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev Güney Azərbaycanın inkişafı üçün bir sıra tədbirlər görüb. Onun səyi nəticəsində 15 iyul 1980-ci ildə “İrana informasiya-təbliğat işinin gücləndirilməsi” haqqında qərar qəbul edilib. Bu qərara əsasən, Güney Azərbaycan ərazisində televiziya və radio verilişlərinin yayımının əhatə dairəsinin artırılması, həmçinin İranda Azərbaycan filmləri festivalı, Azərbaycan SSR-də isə İran filmləri festivalı keçirilməsi nəzərdə tutulurdu.

Əliyev Güney Azərbaycanda yaşayan gənclərin Azərbaycan SSR-də təhsil almalarına çalışıb. 2 iyun 1981-ci ildə Azərbaycan KP MK bürosunun iclasında “Azərbaycan millətindən olan iranlıların Bakı şəhərində ali məktəblərə təhsil almaq üçün qəbul edilmələri barədə” məsələ müzakirə olunub. Daha sonra isə bununla bağlı qərar qəbul edilib.

ABŞ tarixçisi A.D.Agostino Heydər Əliyev haqqında yazırdı ki, Azərbaycan rəhbəri İrandakı azərbaycanlılara qayğı göstərir və onların azadlığına qəti şəkildə tərəfdar çıxırdı. Bu məqsədlə həmin zaman İranda azərbaycanlılar yaşayan ərazilərdə geniş təbliğat işi aparılırdı.

Əliyev şimal ilə cənub arasındakı dostluq əlaqələrinin bərpasını istəyirdi və Britaniya qəzeti olan “The Times”ın verdiyi xəbərə görə, o, xarici diplomatlara söyləmişdi ki, gələcəkdə hər iki Azərbaycanın birləşməsinə ümid edir.

Related Articles

Bir cavab yazın

Back to top button