Bölgə

Ermənistanda keçmiş əsirlərə işgəncə verilir

Ermənistan mətbuatı Azərbaycanın qaytardığı keçmiş əsirlərin İrəvanda işgəncələrə məruz qaldığını iddia edir.

“Hraparak” qəzeti noyabrın 26-da Azərbaycana əsir düşən, azad olunandan sonra isə İrəvanda həbs edilən Aren Aramyanla amansız rəftar edildiyi barədə xəbər yayıb.

Aren Aramyanın vəkili Ara Karapetyan qəzetə bildirib ki, keçmiş əsir yaralı vəziyyətdə Bakıda iki dəfə əməliyyat olunub, Ermənistana qaytarıldıqdan sonra təqiblərə məruz qalıb və 2021-ci il dekabrın 6-da həbs edilib.

A.Karapetyanın sözlərinə görə, müvəkkilinin səhhəti pisləşib, müraciətə baxmayaraq məhkumu  xəstəxanaya aparmırlar.

“Biz onun günahsızlığını sübut edəcəyik, lakin müalicəyə cəlb olunmasa, adam ömür boyu əlil olacaq. Nə məhkəmə, nə də ibtidai istintaq orqanları vəsatətləri nəzərə alır”.

Müdafiəçi bildirib ki, həbs qərarından apellyasiya şikayəti veriblər, lakin Apellyasiya Məhkəməsi bunu rədd edib.

Ara Karapetyan onu da vurğulayıb ki, əllərində faktlar var ki, müvəkkili tutulmazdan əvvəl döyüşüb, sonra isə ağır yaralı vəziyyətdə əsir götürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button