Bölgə

Ermənistanda daha 1 098 nəfər koronavirusa yoluxub

Ermənistanda daha 1 098 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 150 218 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 27 nəfər artaraq 2 556-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 637-ya yüksəlib. İndiyədək 128 694 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 18 331 aktiv koronavirus xəstəsi var.

Related Articles

Bir cavab yazın

Back to top button