İran

Amerika Xameneinin nəzarətində olan qurumlara sanksiya tətbiq edib

Amerika Əli Xameneinin kontrolunda olan üç şəxsi və 16 qurumu təhrim edib. Məsələ ilə bağlı Amerikanın Xəzinədarlıq Vəzirliyindən bilgi verilib. Vəzirliyin Xarici Sərmayələrin Kontrolu Dəftəri “Xomeyninin Fərmanının İcrası Qərargahı” və “Astan-e Qüds-e Rəzəvi” də daxil olmaqla, İranda üç şəxsin, eləcə də 16 qurumun adlarını Amerikanın Xəzanədarlıq Vəzirliyinin təhrimlər listəsinə daxil edib.
Vəzirliyin açıqlamasına əsasən, bununla bağlı Əli Xameneinin birbaşa kontrolunda olan təşkilatların başçıları və alt quruluşları təhrim olunacaq. Belə ki, qeyd edilən iki qurum “xeyriyyə sandıqları” kimi təqdim edilir. Qurumların ölkənin siyasi müxaliflərinin, dini əqəlliyətinin müsadirə olunan əmlaklarını Xamenei və Tehran məqamlarının xeyrinə idarə etdiyi bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button