Azərbaycan

“Fars olmayan millətlərin bütün sərvətləri talanır”-Milli fəallar bəyanat yaydı

Güney Azərbaycanın milli hərəkatın təmsilçiləri 1 May Beynəlxalq İşçi Günü münasibətilə bəyanat yayıblar.

Bəyanatda deyilir: “İran çox millətli bir ölkədir. Bu siyasi coğrafiyaya hakim olan fars şovinizmi başqa millətlərin insani və milli haqlarını boğmağa çalışır.

Bu zalım siyasət nəticəsində fars olmayan millətlərin bütün yerüstü və yeraltı sərvətləri talanıb və talanmaqda davam edir.

Keçən yüz ildə bütün alanlarda sürdürülən bu ayrı-seçkilik siyasəti, bu gün İran adlanan ölkədə hakim olan ağır iqtisadi duruma nədən olmuş və acınacaqlı durum bütün sahələrdə özünü göstərməkdədir”.

Bəyanatda qeyd olunur ki, indi bütün fars olmayan millətlər, özəlliklə güney Azərbaycan türkləri bu şovinist ayrı-seçkiliyin nəticəsində ortaya çıxan yoxsulluq fəlakətini bütün varlığı ilə hiss edir.

“İqtisadi fəlakətin ağır nəticələrini fars olmayan bölgələrdə daha aydın görmək mümkündür.

Bununla yanaşı fars olmayan toplumların dinc və mədəni etirazlarının qarşısı alınır, ədalət istəyənlərə basqı göstərilir, milli-mədəni çalışqanlar davamlı olaraq təhdid edilir”-deyə sənəddə qeyd olunur.

Sənəddə həmçinin güney azərbaycanlı işçilərin başqa xalqların zəhmətkeşləri ilə yanaşı ağır məişət problemlərindən əziyyət çəkdiyi və iş hüquqlarının pozulduğu vurğulanır.

“Ədalət, azadlıq, milli hökumət” şüarı ilə yayılan bəyanatı

Yəqub Təqəvi, Əkbər Azad, Abbas Lisani, Lətif Həsəni, Mirmusa Ziya Gərgəri, Ayət (Yürüş) Mehrəlibəyli, Əlirza Fərşi və Siyamək Mirzayi imzalayıb

Related Articles

Bir cavab yazın

Back to top button