az

Fransa husilərin hücumundan sonra BƏƏ-nin hava hücumundan müdafiə potensialını gücləndirəcək

Fransanın silahlı qüvvələr naziri Florans Parli dünən, fevralın 4-də ölkəsinin İran hökumətinin dəstəklədiyi husi yaraqlılarının son həftələrdə Əbu-Dabiyə raket və insansız uçaq hücumlarından sonra BƏƏ-nin (İmarat) hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsində iştirak edəcəyini deyib.

“Aznews tv” xəbər verir ki, Fransa Birləşmiş Ərəb Əmirlikləri ilə yaxın iqtisadi və siyasi əlaqələri olan ölkələrdən biri hesab edilir. Hətta Fransanın BƏƏ-nin paytaxtında daimi hərbi bazası da yerləşir.

İki ölkə dekabr ayında BƏƏ-yə 80 ədəd Fransanın “Rafael” qırıcı təyyarəsinin satışna dair müqavilə imzalayıb və bu, Fransa tarixində ən böyük hərbi təyyarə satışı sayılır.

Parli bununla bağlı “Twitter” hesabında yazıb: “Birləşmiş Ərəb Əmirlikləri yanvar ayında öz ərazisində ciddi hücumların qurbanı olub. Fransa bu dost ölkə ilə həmrəylik nümayiş etdirmək üçün BƏƏ-yə, özəlliklə hava hücumundan müdafiə sahəsində hərbi yardım göstərmək qərarına gəlib”.

Related Articles

Bir cavab yazın

Back to top button