Dünya

Fransa və Almaniya Xarici İşlər Nazirlərindən Baydenə çağırış

Fransa və Almanın Xarici İşlər vəzirləri Co Baydeni İranın atom proqramı və onun bölgəsəl davranışları ilə məşğul olmaq üçün Amerikanı da başqa ölkələrlə prosesə cəlb etməyə çağırıblar. Belə ki, Fransa Xarici İşlər vəziri Jean-Yves Le Drian və almanlı həmkarı Hayku Mass “Washington Post” qəzetində dərc edilən birgə məqalədə Baydenə müraciət ediblər:
“Biz Amerikanı İranın atom proqramının sülh hədəfli olmasını açıq şəkildə təzmin edə biləcək və İranın bölgəsəl əmniyyətə qarşı yaratdığı başqa problemlərin öhdəsindən gələ biləcək birgə yanaşmaya qoşulmasını istəyirik”, – deyə məqalədə bildirilib.
Co Baydenin prezident seçilməsinin qlobal perspektivlərinə işarə edən xarici işlər vəzirləri ümumi Avropa və Amerika dəyərləri ilə bağlı beynəlmiləl və transatlantik səthdə “yeni bir razılaşma”nın əldə olunmasına çağırış ediblər.
Məqalədə hər iki ölkənin Amerika-Avropa əlaqələrinin normallaşdırılması hədəfilə Bayden və onun müavini Kamala Harrislə həmkarlıq etməyə hazır olduqları qeyd edilib.
Alman və Fransa rəsmiləri Avropa və Amerikada ictimai uçurumların yaranması amilləri ilə əsaslı mübarizənin aparılmasının vacibliyini vurğulayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button