Dünya

Keli Kraft: “İran orta şərqdə sülh və sabitliyə ən böyük təhdiddir”

“Amerika hesab edir ki, İran Orta Şərqdə barış və əmniyətə ən böyük təhdiddir. Bilirik ki, ölkələr İranın qarşısında birlik göstərsələr, dünya daha da əmniyətli bir yer olacaq”. Bu fikirləri Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Keli Kraft səsləndirib. “Bu gün biz İranın sabitliyi pozan fəaliyyətlərinin geniş dairəsi ilə qarşı-qarşıyayıq. Əmniyət Şurasının mövqeyinə zidd olaraq terror və niyabəti qruplara dəstək verilməsini, ballistik raketlərin gəlişdirilməsini əhatə edir. Əmniyət Şurası sadəcə İranı beynəlmiləl öhdəliklərinə görə cavabdeh etmək üçün özündə cəsarət toplamalıdır. İran Əmniyət Şurasının qərarlarını nə üzdə, nə də əməldə yerinə yetirmir”,-deyə o, bildirib. Kraft İranın Yəməndəki husilərə, Lubnandakı Hizbullaha, Bəşər Əsəd rejiminə, Suriya və İraqdakı silahlı qruplara verdiyi dəstəyə işarə edib. Bildirib ki, İranın bu cür addımları son illərdə həmin ölkələrin əmniyət, sabitlik və rifahının pozulmasına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button