Azərbaycanİran

Həmədanda içməli su qıtlığı yaranıb

Həmədan əyalətinin bir çox bölgələrində, o cümlədən əyalət mərkəzində içməli su qıtlığı yaranıb. Bir neçə gündür davam edən su kəsintiləri ilə bağlı Regional Su Şirkəti açıqlama verib

Qurum kəsintilərin texniki problemlər səbəbindən yarandığını desə də, məsələnin nə vaxt həll olacağı barədə heç nə bildirilməyib.

İyulun 28-də İran prezidenti İbrahim Rəisi Həmədana səfəri zamanı bir sıra məsələlərin, o cümlədən su çatışmazlığının aradan qaldırılacağı ilə bağlı vədlər vermişdi.

Sosial mediada paylaşım edən həmədanlılar İbrahim Rəisinin vədindən sonra su çatışmazlığının dahada şiddətləndiyini yazıb və Rəisinin vətəndaşları aldatmaqla məşğul olduğunu bildiriblər.

Qeyd edək ki, Həmədanda içməli su çatışmazlığı böhran səviyyəsinə çatsa da,  2004-cü ildə başladılan su kəmərinin çəkilişi layihəsi yarımçıq qalıb.

18 il öncə Talvar su bəndindən Həmədanın içməli suyunu təmin etmək üçün çəkilişinə başladılan su kəmərinin tamamlanmasına büdcə ayrılmır.

Həmədan əyalətinin valisi Əlirza Qasimi Fərzad layihənin tamamlanması üçün lazim olan vəsaitin ödənilməsi ilə bağlı ölkə prezidenti İbrahim Rəisinin əyalətə nəzərdə tutulan səfəri zamanı məsələ qaldıracaqlarını demişdi.

Related Articles

Bir cavab yazın

Back to top button