İqtisadiyyat

Qazaxıstan bərpa olunan enerji mənbələri yaratmağı necə stimullaşdıracaq?

Energerika Nazirliyi artıq parlamentdə müzakirə olunan mövcud qanunlarda bir sıra dəyişikliklərə başlamışdır.

Qazaxıstan elektrik enerjisi isehslında çevik güc istehsalını stimullaşdıran bir qanun layihəsi qəbul etməyi planlaşdırır. Bu barədə energetika naziri Nurlan Noqayev jurnalistlərə məlumat verib.

Noqayev Almatı vilayətinə işgüzar səfərə gəldiyi zaman Kapçağay su anbarı ərazisindəki günəş və hidroelektrik stansiyasının işi ilə tanış olub, Şələk kəndində bir külək elektrik stansiyasının inşasına baş çəkib, Moinak hidroelektrik stansiyasında isə məsul şəxslər ilə Almatı və Almatı vilayətinin enerji təchizatı məsələlərini müzakirə edib.

Energerika Nazirliyinin başçısı bu tədbirlərin Qazaxıstanda bərpa olunan enerji sektorunun investisiya cəlbediciliyini artıracağına və ölkənin enerji sisteminə də faydalı təsir göstərəcəyinə inanır.

Bu gün Qazaxıstanda elektrik enerjisi istehlakı baxımından profisit olan sahədir. Ancaq bununla belə ölkə enerji istehlakının pik zamanlarında müəyyən çətinliklərlə üzləşir. Gündüz elektrik enerjisi istehlakı qeyri-bərabərdir, axşam saatlarında kəskin artım və gecə vaxtı isə azalma müşahidə olunur. Ona görə də Qazaxıstan hökuməti bu disbalansı aradan qaldırmaq üçün bərpa olunan enerji mənbələrindən geniş istifadə etməyi və özəl sektoru bu sahəyə cəlb etməyi planlaşdırır.

Related Articles

Bir cavab yazın

Back to top button