Azərbaycan

Hikmət Hacıyevdən Livan ermənilərinin Şuşaya köçürülməsinə reaksiya

“Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Lübnandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. Dünən sosial şəbəkələrdə Lübnandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb”. Bunu Azərbaycan cumhurisi Prezidentinin yardımcısı, Prezident dəftərinin xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Azərbaycan da daxil olmaqla dünya ölkələri Lübnanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Lübnana insani yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir. Xüsusilə vurğulamaq istərdim ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış əhali gerçəklikdə Ermənistanın məsuliyyətsiz siyasətinin qurbanına çevrilir. Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur. Azərbaycan onun nəticələrini tamamilə rədd edir. Ermənistan Suriya və Lübnandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir. Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində cəmiyyət durumu dəyişdirməyə çalışır. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq insani hüququn, o cümlədən 1949-cu il Jenevrə Konvensiyonlarının kobud şəkildə pozulmasıdır. Savaş dövründə mülki əhalinin qorunmasına dair 4-cü Jenevrə konvensiona əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması savaş cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir. İstehzalı olsa da, Ermənistanın özünün qanunvericiliyinə görə bu əməllər cinayət hesab olunur. Belə ki, Ermənistanın Cinayət qanunun 390-cu maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq insani hüququn ciddi pozuntusu sayılır və 8-12 il cəza nəzərdə tutulur. Bu ilin culayında iki ölkənin dövlət mərzinin Tovuz məntəqəsində Ermənistanın törətdiyi təcavüz hərəkəti, təmas xəttindəki inhiraf əməliyyatı cəhdi Ermənistanın növbəti təxribat və nizami hərəkətə hazırlaşmasından xəbər verir. Bundan əlavə, son günlər Ermənistan işğal edilmiş ərazilərimizdə yaratdığı qondarma rejimin dili ilə Azərbaycanın başqa ərazilərini də işğal etmək niyyətini bir daha açıq şəkildə səsləndirməyə başlayıb. Gəncə şəhərini raket atəşinə tutmaqla təhdid edib. Ermənistanın Baş vəzirinin, difa vəzirinin təxribatçı bəyanatları və hərəkətləri, eləcə də bu qəbildən olan başqa addımlar bir daha sübut edir ki, tamamilə həyasızlaşmış Ermənistan rəhbərliyinin məqsədi danışıqlar prosesini tamamilə məhv etmək və işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarətdir.
Cəbhədə təxribatların törədilməsinə və vdurumun kəskinləşməsinə görə bütün məsuliyyət Ermənistanın siyasi-nizami rəhbərliyinin üzərinə düşür.
Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, əmniyyətini və beynəlxalq səviyyədə tanınmış mərzlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button