Araşdırma & TəhlilDünya

İranın İsrai̇l-Fələsti̇n məsələsi̇ndəki̇ ri̇yakar mani̇pulyasi̇yası

İran İslam Cümhuriyyəti qurulduğu dövrdən bəri özünü bütün müsəlmanların qoruyucusu kimi təqdim edir. Bu amili əsas gətirən Tehran rejimi İsrailin məhv olmasını istəyir və bu yöndə təməl siyasətini həyata keçirir. İslami İnqilabın baş qaldırdığı illərdən etibarən Lübnan və Fələstin kimi ölkələrdə cihadçı örgütlərin qurulması, habelə dəstəklənməsi də Tehranın riyakar kəmpeyninə əsaslanır. Bir sıra ölkələr belə hesab edir ki, İsrail fələstinlilərə qarşı sistematik zalimlik edir.

Ümumiyyətlə, əksər müsəlman ölkələrində bu tərz baxış yaranıb. Yəni, həmin dövlətlərin nümayəndələri Fələstin xalqının qorunması adı altında bir sıra fikirlər irəli sürürlər. Özəlliklə Fələstində İsrail dövləti ilə ərəb fələstinlilər arasındakı gərginliyi şiddətləndirməyə çalışanlar üstünlük təşkil edir. Bununla da həmin birləşmələr və siyasi dairələr Fələstinə dəstək verdiklərini ifadə etməyə çalışırlar. Bəlli qism ölkələr Fələstinin mühafizəkarı kimi çıxış etsə də, İran bu məsələyə fərqli yöndən yanaşır. Bu müddətdə İran məqamlarının səssizliyi geniş müzakirələrə səbəb olub. Bu ölkənin Fələstinə dəstək kəmpeynlərində iştirak etməməsi isə sual doğuran əsas məsələlərdəndir.

Bildirək ki, İslami İnqilabdan sonra Ruhullah Xumeyninin fikiri ilə Ramazan ayının son cuması Dünya Quds Günü olaraq seçilib. İran bu münasibətlə Fələstin davası və İsrailə qarşı kəmpeynlərə liderlik etmək niyyətində idi. Buna görə də hökumət dairələri bütün imkanlardan istifadə edərək, özlərini Fələstinə dost və qardaş kimi göstərməyə çalışırdılar. Təbii ki, Fələstin İranın bu səmimiyyətsiz addımına güvənmədi. Bu münasibət zamanla başqa müsəlman ölkələri arasında da ixtilaflara nədən oldu. Mövcud siyasət müsəlman xalqlarını birləşdirmək əvəzinə, parçaladı.

Məsələyə İsrail nöqteyi-nəzərindən yanaşdıqda, bu ölkənin güclü stratejik imkanlara sahib olduğunu demək mümkündür. Sirr deyil ki, bu gün Qərb dünyası da İsrailin mövcud potensialına bələddir. Bu ölkənin sahib olduğu siyasi, nizami və iqtisadi potensial onun bir sıra alanlarda yüksək nəticələr əldə etməsi ilə nəticələnir. Sözsüz ki, bu məsələ Tehran rejiminə də yaxşı tanışdır. Bu gün İsrail-Fələstin məsələsinə yad qalması İranın radikal siyasətini bir daha göstərmiş oldu. İran indi, yəni Fələstin millətinin ehtiyacı olduğu zaman deyil, bəlkə də iş işdən keçdikdən sonra öz amacları üçün yenidən Fələstinə dəstək kəmpeynini işə salacaq.

Related Articles

Bir cavab yazın

Back to top button