“Haber Global” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
“Heç kimin gözləmədiyi inkişaf oldu. 10 il əvvəl “Türkiyə-Azərbaycan 44 gün kimi qısa zamanda bir araya gələcək, Qarabağın müstəqilliyi təmin olunacaq desəydi, yəqin hamımız buna şübhə ilə yanaşardıq.
Elə bir fürsət və şərait yarandı ki, Qafqazın ən fundamental məsələsi qısa zamanda həll olundu. Türk Hava Yolları Yerevana uçuşlara başladı. 30 il sonra Türkiyə və Ermənistan arasında normallaşma prosesi gedir”