Araşdırma & Təhlilİran

İran Ermənistana dəstəyin davam edir

İran uzun illərdir Qarabağ məsələsində işğalçı Ermənistandan himayət edir. İllərdir Qarabağın işğalının sürməsi üçün əlindın gələni əsirgəməyən İran 44 günlük savaşda- da İrəvanın yanında yer aldı. Ancaq bu dönə Azərbaycan qədimki Azərbaycan deyildi və istər diploması istər isə savaş meydanında gücünü ortaya qoyub vətən savaşını qazandı. İran utuzan tərəfin yanında yer almaqla böyük zərər qoydu və bölgədə daha da tək qaldı. Azərbaycan savaşdan sonra diplomasi anlamında gücünü genişlədib sürətlə azad edilən topraqları abadlaşdırmağa başladı. Ancaq Ermənistanda siyasi və iqtisadi böhran daha da dərinləşdi. Anlaşmaya görə Rusiyə sülh məramlıları nəzarəti altınad Ermənistan yavaş-yavaş topraqlardan çəkilməyə sözü verdi. Ancaq gözlənildiyi kimi Ermənistan sözlərinin bir bölümünü tutmadı. Naxcivanı Quzey topraqlarına bağlayan Laçın koridorunun qurulması üçün şərayit yaratmadı. Bu dönəmdə də İranın Ermənistana olan dəstəyi qanunsuzca dəvam etdi. Keçən ay İrandan Ermənistana həm də Azərbaycan topraqlarından sovuşaraq 30 dan çox yük maşınları getmişdi. Bu maşınların çoxunluğu Ermənistana yanacaq daşıdıqları bəlli olub. Keçən ay bu olaylardan sonra Azərbaycan öz topraqlarındakı hakimiyyət haqqını qullanıb Gorus-Qafan yolunu bağladı. Daha sonra Azərbaycanın Xarici İşlər vəzirliyi İranın Bakıdakı səfirini çağırıb etirazını bildirdi. Hətta o dönəmdə Azərbaycan Cumhurbaşqanı İlham Əliyev də bu məsələyə etiraz etdi və məsələyə dəqiq nəzarət etdiklərini bildirdi. Ancaq aradan həftələr keçməsinə baxmayaraq İran Azərbaycan topraqlarına qanunsuzca girməyə dəvam etdi. İranın nə üçün belə israrla Ermənistana yük daşıdığı da şübhələri artırır. Ermənistanın bir daha atəşkəsi pozmaq üçün hazırlanması düşünülür. Ancaq əsas məsələ İranın Azərbaycan hakimiyyətini heçə sayıb təcavuzuna dəvam etməsidir. Azərbaycan Cumhuriyyəti sınır bölgəsindəki nəzarətini artırdı. Beləliklə Azərbaycan bir daha öz topraqlarındakı hakimiyyət haqqını qullanıb Xankəndinə gedən yolu bağladı. Hətta ötən günlərdə bu əsnada 2 İranlı sürücünün də tutuqlandığı xəbəri də yayıldı.
İran tərəfi hələlik bu xəbərə rəsmi bir açıqlama verməyibdir. Amma Azərbaycana qarşı propaqandasına dəvam edir.
Bir ayrı önəmli məsələ də İranlı şirkətlərin Azərbaycan hakimiyyətini yoxa saymalarıdır. Sosyal medyada paylaşılan görüntülərə görə yük daşıyan şirkətlərin bəlgələrində Azərbaycanın Xankəndisi yerinə saxta Ermənistanın İstepankerti yazıblar. Özəlliklə daşıma şirkətinin belə qanunsuz hərəkətinə də sosyal medyada böyük etiraz oldu.
İranlı məqamlarla Azərbaycanlı məqamları arasında görüşlərin bu günlərdə çoxalması məsələnin ən üst düzeydə təşvişə səbəb olduğunu göstərir. Seyid Abbas Musəvi İranın Bakıdakı Səfiri bu gün bir daha Hikmət Haciyev Azərbaycan Cumhurbaşqanı Yardımcısıyla görüşdüyünü sosyal şəbəkəsindən yazıbdır. Anlaşılan Tehran hakimiyyəti Azərbaycanın ciddiyyətini anlayıb və məsələylə bağlı hərəkət etməyə çalışır.
Sonuc nə olursa olsun önəmli olan budur ki artıq yeni dönəmdə Azərbaycan hakimiyyəti çox daha güçlü qərarının üstündə durur. Qarabağ zəfərindən sonra Azərbaycan öz gücünü bütün dünya və özəlliklə bölgədə isbat etdi. Buna görə də öz hakimiyyət haqlarıyla bağlı daha istiqrarlı hərəkət edir. Bu durum kəsinliklə İran üçün yaxşı bir xəbər olmayacaq. Özəlliklə də Güney Azərbaycan milləti Qarbağ olaylarını həssasiyyətlə izləyir və hər zamankı kimi Quzey Azərbaycanın yanında durur.

Related Articles

Bir cavab yazın

Back to top button