Azərbaycanİran

Azərbaycan milli fəalları ruhani Əbdüləziz Əzimi Kadimin ailəsi ilə görüşüb

Bir qrup azərbaycanlı milli fəal, o cümlədən Davud Şiri, İbrahim Əyuzzadə, Əli Babai, Cavad Sudbar, Əli Şadi, Vahid Əbhəri və s. Höccətül-İslam Əziminin ailəsini ziyarət edərək, onun vəziyyəti ilə maraqlanıblar. 

Qeyd edək ki, Höccətül İslam Əziminin ailəsi ilə görüşən bir neçə fəal aylarla həbs və işgəncələrdən sonra bir müddət əvvəl zaminə buraxılıb.

Mübariz türk din xadimi Höccətül-İslam Əbdüləziz Əzimi türk millətinin tapdalanan hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə həbs olunub.

Hazırda o, təhlükəsizlik orqanlarının saxta ittihamları ilə aylardır Evin həbsxanasındadır. O, bu yaxınlarda mesajında ona qarşı irəli sürülən ittihamların saxta və uydurma olduğunu və bu ittihamları qətiyyən qəbul etmədiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button