İran

İran: İsveç vətəndaşı casusluq ittihamı ilə həbs edilib

İranın Kəşfiyyat (ETTELAAT) Nazirliyi İsveç vətəndaşının casusluq ittihamı ilə həbs edildiyini iddia edib.

Bu barədə İran mətbuatı Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb. Nazirliyin iddiasına görə, saxlanılan şəxs əvvəllər İrana etdiyi bir neçə səfər zamanı bəzi şübhəli davranışları və əlaqələrinə görə, sözügedən nazirlik tərəfindən nəzarətə götürülüb.

Məlumata əsasən, ETTELAAT Nazirliyi həmin İsveç vətəndaşının bir neçə ay əvvəl və başqa bir avropalı casusun həbsindən sonra tutulduğunu bildirib.

İddiaya görə, o, həmin casusun kimliyini və sözügedən nazirliyin kəşfiyyat şəbəkəsinə düşmüş məlumatları aşkara çıxarmaq məqsədilə məlumat əldə etmək üçün yenidən ölkəyə daxil olub və bu zaman əmniyət qüvvələri tərəfindən saxlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button