Azərbaycan

Təbrizdə keçmiş siyasi məhbus yenidən həbs edilib

Təhlükəsizlik məmurları onun iş yerinə basqın ediblər.

Fevralın 24-də İranın təhlükəsizlik xidmətinin əməkdaşları Təbrizdə yaşayan keçmiş siyasi məhbus Məcid Mutab Purrzayinin iş yerinə basqın edərək onu özləri ilə aparıblar.

Onun yaxınlarının ildirdiyinə görə, təhlükəsizlik məmurları həbs cəzasını çəkmək üçün Məcid Mutabı Təbriz zindanına təhvil veriblər.

Keçmiş siyasi məhbus bundan öncə  8 fevral 2020-ci ildə başqa bir neçə nəfərlə birgə ETTELAAT məmurları tərəfindən saxlanılmış, 45 gün təcridxanada dindirildikdən sonra 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdır.

Məcid Mutabın özünün qatılmadığı məhkəmə toplantısında Təbrizin İnqilab Məhkəməsi onu “hökumətə qarşı təbliğat” və “Xalq Mücahidləri Təşkilatına üzvlük”də ittiham edərək barəsində 5 il həbs qərarı çıxarıb.

Məhkumun etirazından sonra Təbrizin İnqilab Məhkəməsinin 3-cü bölməsi onun işinə yenidən baxıb və onun barəsində çıxardığı həbs cəzasını dəyişdirərək 3 il 8 aya azaldılması barədə qərar qəbul edib.

Məhkəmədən sonra Şərqi Azərbaycan əyaətinin Apellyasiya Məhkəməsinin 7-ci bölməsi siyasi məhbusun cəzasını “rejim əleyhinə təbliğat” ittihamı ilə 5 aya, “Xalq Mücahidləri Təşkilatına üzv olmaq” ittihamına görə isə 2 ilə endirib.

Related Articles

Bir cavab yazın

Back to top button