BölgəSiyasət

Ərdoğan Soçidə: Bizim məqsədimiz Suriyada uzunmüddətli sabitliyi təmin etməkdir

Soçidə Rusiya prezidenti Vladimir Putinlə 6 saat keçən görüşdən sonra Türkiyənin prezidenti Rəcəp Tayip Ərdoğan məqsədlərinin Suriyada uzunmüddətli sabitliyi təmin edilməsi olduğunu bəyan edib.

Aznews.tv xəbər verir ki, Ərdoğan Türkiyənin son 8,5 ildə 3 milyon 650 mindən çox Suriya qaçqınına, o cümlədən 350 min kürdə sığınacaq verdiyini qeyd edib.

“Artıq onların Vətənlərinə qayıtması üçün addımlar atmağın vaxtı gəlib”, – deyə Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə Suriyada birgə addım ataraq qaçqınların ölkələrinə qayıtmasını asanlaşdıracaqlar.

Ərdoğan, həmçinin, həmkarı ilə “Barış bulağı” əməliyyatını müzakirə etdiyini bildirib.

“Cari mərhələdə İdlibdə nisbi sülh təmin edilib, hücumların sayı azalıb ki, bu da məmnunluq hissi yaradır”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Yeri gəlmişkən, Putin danışıqlardan sonra Rusiyanın Türkiyə ilə bir sıra yüksək səviyyədə vacib məsələlər barəsində razılığıa gəldiyini bəyan edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button