Azərbaycanİran

Körpəyə yanlış müdaxilə onurğa beyninin qırılması ilə nəticələnib

Gülüstan Əyalətində (Türkmən Səhra) 5 aylıq körpənin quluncunu tutmaq məqsədi ilə cahil müdaxiləsi onun onurğa beyninin qırılması ilə nəticələnib.

“Azər Əncümən” xəbər portalının bildirdiyinə görə, bu barədə Gülüstan şəhərində əsəb-beyin həkimi bildirib:
“Bir körpə əl və ayaqlarında hərəkətsizlik səbəbindən müayinə üçün valideyni tərəfindən gətirilmişdir. Valideynin dediyinə görə, körpə tam sağlam olub və ətraflarında heç bir problem olmayıb. 

Qulunc olma səbəbindən körpənin bibisi müdaxilə edir və onu qucağına alıb, fiziki təzyiqlə quluncunu tutur.  Nəticədə onurğa beyninin qırılması ilə həmin körpə artıq ətraflarını tərpətməyə qadir deyil”.

Mütəxəssis həkim cahil müdaxilə nəticəsində artıq iflic olmuş körpənin durumu barədə əlavə edib: “Körpəyə hazırda cərrahiyyə müdaxiləsi olunub. Lakin sağalacağı güman olunmur”.

Related Articles

Bir cavab yazın

Back to top button