İran

İRANDA BİR GÜNDƏ 2 652 NƏFƏR KORONAVİRUSA TUTULDU

İranda koronavirus mərizlərinin sayı 232.863, qurbanların ümumi sayı isə 11.106 min nəfərə çatıb.

İran Behdaşt Vəzirliyinin sözçüsü Sima Lari: “Qəti təşxisi meyarlara əsasən, ölkədə Covid-19-a tutulan 2,652 yeni məriz tapılıb “.

O, həmin mərizlərdən 1595-nin mərizxanaya yerləşdirildiyini vurğulayaraq deyib: “Ölkədə korona mərizlərinin ümumi sayı 232.863-ə çatıb”.

“Təəssüf ki, son 24 saatda Covid-19-a tutulan 148 məriz ölüb, mərizliyin qurbanlarının ümumi sayı 11.106 min nəfərə çatıb və bu günədək 194,098 min məriz müalicə alıb və ya mərizxanalardan tərxis olunublar”, – deyə əlavə edib.

Onun sözlərinə görə, bu mərizlərdən 3097 nəfəri ay si yu bölməsinə yerləşdirilib və indiyədək ölkədə 1.719.451 Covid-19 testi keçirilib.

İran Behdaşt Vəzirliyinin sözçüsü, habelə, Əhvaz, Qərbi və Şərqi Azərbaycan, Hormozqan, Buşehr, Xorasan-e Rəzəvi və Kermanşah ustanlarında vəziyyətin “qırmızı” elam edildiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button