az

İranda davaxanaların yüzdə 60-ı müflislik astanasındadır / Davaxanaların ən əsas çətinliyi dava çatışmazlığıdır

İran Əczaçılar Dərnəyinin başqan yardımçısı deyib: Ölkədəki davaxanaların ən əsas problemi dava çatışmazlığıdır.

İran Əczaçılar Dərnəyinin başqan yardımçısı deyib: Ölkədəki davaxanaların ən əsas problemi dava çatışmazlığıdır. İndi İranda dava bazarının yüzdə 52-i 300 dövlət, qalan yüzdə 48-i isə 13 min özəl davaxananın əlində cəmləşib və bu əsla tarazlı deyil. Son vaxtlar İranda qara göbələk mərizliyinin daha çox yayılması ilə, bədənə vurulan və xaricdən gətirilən və çox az istifadə edilən amfoterisin tapılmır. Ölkədə dava çatışmazlığının ən əsas səbəbi yanlış idarəetmədir. Qara bazarın və ya dəllalların fəaliyyəti dava qıtlığına gətirib çıxarıb. Dava çatışmazlığı düzgün idarə olunmaqla aradan qaldırılarsa, dəllalların dava bazarına ayaq açmasına heç bir səbəb qalmaz. Yəqin ki, İranda davaxanaların yüzdə 60-a yaxını iflas həddindədir və gəlirləri yalnız xərclərini qarşılayır.

Related Articles

Bir cavab yazın

Back to top button