İran

İranda inflyasiya göstəriciləri məlum olub

İranın ötən il üçün təvərrüm həddi Beynəlmiləl Pul Sandığının təxminini geridə qoyub. İranın Amar Mərkəzinin yaydığı rapora əsasən, keçən ilin mars ayına qədər olan təvərrüm həddi öncəki ilin eyni dövrü ilə müqayisədə yüzdə 36,4-ə çatıb. Bu rəqəm hətta Beynəlmiləl Pul Sandığının ötən il üçün İrana dair son təxminindən də yüksəkdir. Sözügedən qurum həmin müddət ərzində təvərrümün təxminən yüzdə 30 olacağını qeyd edib. Marsda isə təvərrüm həcmi yüzdə 48,7 olub. Amar Mərkəzi bu ilin marsında qırmızı ət və toyuq ətinin qiymətinin 2019-cu ilin eyni dövrünə nisbətdə cəmi yüzdə 62 artdığını söyləyib. İranın Sənaye, Mədən və Ticarət Vəzirliyinin məlumatına görə isə qiymətlərin yüzdə 77-dən daha çox bahalaşdığı bəlli edilib.

Related Articles

Bir cavab yazın

Back to top button