İranSağlıq & Yaşam

İranda koronavirusdan ölən tibb işçilərinin sayı artıb

İranda koronavirusdan ölən pərəstarların sayı artıb. Araşdırmalar göstərir ki, təxminən 1 aya yaxın müddət ərzində 7 pərəstar koronavirusdan həyatını itirib. Bu barədə İranın Pərəstar Evinin baş dəbiri Məhəmmədrza Şərifi Müqəddəm açıqlama verib. O, məsələ ilə bağlı Sağlıq Baxanlığının lazımi addımlar atmasının vacibliyini önə çəkib. Məhəmmədrza Şərifi Müqəddəm son 2 ayda ölkədə tibb işçilərinin vaksinasyonuna başladıldığını diqqətə çatdırıb. Ancaq ölkənin müalicə kadrlarının böyük bir hissəsinin hələ də vaksən olunmadığı vurğulanıb.
Bildirək ki, İranda koronavirus mərizliyi sürətlə yayılmağa davam edir. Hazırda ölkənin 295 şəhristanı qırmızı, 99 şəhristanı isə narıncı məntəqə elan edilib.

Related Articles

Bir cavab yazın

Back to top button