İran

Avropalı diplomat: “Rusiyanın atom anlaşmasını girov kimi istifadə etməsinə imkan verməyəcəyik”

"Aznews tv" xəbər verir ki, bu barədə Fransa xəbər ajansı adını çəkmədiyi avropalı diplomata istinadən məlumat yayıb.

“Rusiya Vyana danışıqlarında razılaşma əldə edilməsinə əngəl olmağa və Amerikadan yazılı zəmanət istəməyə davam edərsə, o zaman digər varianta əl ata bilərik.”

“Aznews tv”  xəbər verir ki, bu barədə Fransa xəbər ajansı adını çəkmədiyi avropalı diplomata istinadən məlumat yayıb.

Diplomat əlavə edib ki, Qərb Rusiyanın atom anlaşmasını girov götürməsinə icazə verəcək vəziyyətə düşmək istəmir.

O, Rusiyanın bu məsələdə davranışını məsuliyyətsiz adlandıraraq razılaşma əldə edilməməsinin İran xalqının sanksiyaların ləğvindən məhrum olmasına yol açacağını deyib.

“Beynəlxalq ictimaiyyət də İranın atom proqramı ilə bağlı lazımi zəmanəti əldə edə biləməyəcək və bu, çox ziyanlı bir proses olacaq”, – deyə diplomat fikrini tamamlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button